Super Liqadan ayrıldı, sabiq komandasına qayıtdı

4 Aprel 2023 22:00 Türkiyə 414
Super Liqadan ayrıldı, sabiq komandasına qayıtdı

“Adana Dəmirspor” yarımmüdafiəçisi Birkir Byarnasonla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, İslandiya yığmasının da üzvü olan 34 yaşlı futbolçu azad agent kimi Norveçin “Vikinq” komandasına keçib.

Yarımmüdafiəçi yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.

Byarnason 2021-ci ilin yayından “Adana Dəmirspor”da forma geyinirdi. O, bu komandada 45 oyuna 7 qol vurub.

Təcrübəli futbolçu peşəkar karyerasına məhz “Vikinq”də başlayıb. O, 2006-2011-ci illər aralığında bu klubda 105 oyuna 16 qol vurub.

İslandiyalı “Bodo Qlimt”, “Standard” (Lyej), “Peskara”, “Sampdoriya”, “Bazel”, “Aston Villa”, “Əl-Ərəbi”, “Breşiya” kimi klubların da formasını geyinib, millidə 113 oyuna 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti