Türkiyə klubunda üçüncü dönüş

4 Aprel 2023 18:20 Türkiyə 375
Türkiyə klubunda üçüncü dönüş

"Kasımpaşa"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisini Kemal Özdeş çalışdıracaq.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Selçuk İnanı əvəz edib.

Kemal Özdeş üçüncü dəfə "Kasımpaşa"nın baş məşqçisi postunu icra edəcək. O, daha əvvəl 2016-2018-ci illərdə (86 matç) və 2019-cu ildə (15 matç) bu komandanı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti