"İnter"in hücumçusu üçün mübarizə aparır - "Qalatasaray" və "Fənərbaxça"

2 Aprel 2023 18:20 Türkiyə 1 023
"İnter"in hücumçusu üçün mübarizə aparır -

"İnter"in forvardı Edin Dzeko karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bosniyalı hücumçu "Qalatasaray" və "Fənərbaxça"ya təklif edilib.

Milan təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq təcrübəli hücumçu İstanbul nəhəngləri arasında seçim edəcək.

"Nerazzura" rəhbərliyi də 37 yaşlı hücumçuya yeni müqavilə təklif edib. Dzeko isə Türkiyədə oynamaqda israrlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM