"Oğlum Ermənistanın qapısına gözəl bir "raket" göndərdi"- ATA CAN

31 Mart 2023 16:40 Türkiyə 382
"Oğlum Ermənistanın qapısına gözəl bir "raket" göndərdi"-  ATA CAN

Türkiyə komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistanı 2:1 hesabı ilə məğlub edib.

Qarşılaşmada "ay-ulduzlular"ın ilk qolunu Orkun Kökçü vurub.

Sportinfo.az xəbər verir ki, "Feyenoord"da çıxış edən futbolçunun atası Halis Kökçü sportal.az-a açıqlama verib. O, oğlunun Ermənistana vurduğu qol haqda danışıb:

"Orkun Ermənistanın qapısına gözəl bir "raket" göndərdi. O, matçın çevrilməsində ən böyük rolu oynadı.

Daha gözəl futbol oynanıla bilərdi. Amma oyun rəqib meydanında idi. Dünən Türkiyə millisinə qarşı çox aqressiv oynadılar, daha istəkli idilər.

Bunun səbəbini bilirik. Çox qayda pozuntusuna yol verdilər. Bizim futbolçular da özlərinə inanaraq oynadılar, əllərindən gələni etdilər.

Orkunun Ermənistana vurduğu qoldan sonrakı duyğusal sevinci təbii ki, Azərbaycanla da bağlıdır. Qardaşı Azərbaycan millisində oynayır.

Bizim Azərbaycanla bağlarımız böyükdür. Buna görə də əlavə qürurumuz var. Orkun da o cür duyğulu və qürurludur. Xoşbəxtik.

Orkun da xoşbəxtdir. Ermənistanla evdə də oyunumuz var. O matçda da onları məğlub edəcəyik. Bunu indidən deyim, bütün qəlbimizlə inanırıq".

Niderland Futbol Federasiyasının qərarı ilə çempionatında mübarizə aparan bütün komandaların kapitanları Türkiyəyə dəstək məqsədi ilə qollarına bu ölkənin bayrağının rənglərində bazübənd taxıblar.

Lakin "Ayaks"ın kapitanı Duşan Tadiç sarğını taxmaqdan imtina edib. Həmin Hadisədən bir müddət sonra "Ayaks" və "Feyenoord" ölkə çepionatında üz-üzə gəliblər.

Matçdan öncə kapitanlar salamlaşarkən Orkun Kökçü Duşan Tadiçin əlini sıxmaqdan imtina edib. Halis bəy oğlunun həmin davranışı haqda da fikrilərini bildirib:

"Tadiç kimdir ki? Orkun insanlığı, duruşu ilə ağı və qaranı bütün dünyaya göstərdi. Oğlumun insanlığını bütün dünya bilir.

Bu, Ozanda da eynidir. Uşaqların rəngi yoxdur. Orkun Tadiçə verilməsi lazım olan cavabı verdi. Onun əlini sıxmaq ehtiyacını belə hiss etmədi.

Qarşısındakı onun səviyyəsində deyil. Bu, yalnız Tadiçə yox, "Ayaks"a da aiddir. Mən uşaqlarımdan razıyam. Allah da onlardan razı olsun".

Digər Xəbərlər
Xəbər Lenti