İki futbolçu oyun "alver"inə görə saxlanıldı - Türkiyədə OLAY!

31 Mart 2023 01:40 Türkiyə 632
İki futbolçu oyun "alver"inə görə saxlanıldı - Türkiyədə OLAY!

Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb.

Sportinfo.az xəbər verir ki, Söhbət II liqa təmsilçisi “İnegölspor”un sabiq qapıçıları Emre Selen və Sercan Çobanoğludan gedir.

Klubun yaydığı açıqlamada futbolçular barədə şikayət edildiyi və onların saxlanıldığı bildirilir. Əlavə dörd nəfər şübhəli də saxlanılıb.

Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə “Sivas Belediye”də çıxış edir.//Oxu.az

Digər Xəbərlər
Xəbər Lenti