Xorvatiya millisinin qapıçısı "Qalatasaray" yolunda

30 Mart 2023 22:00 Türkiyə 1 141
Xorvatiya millisinin qapıçısı "Qalatasaray" yolunda

"Qalatasaray" yayda heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi Zaqreb "Dinamo"sunda çıxış edən Dominik Livakoviçdir.

28 yaşlı qolkiper özü "sarı-qırmızılar"da oynamağa isti yanaşır. "Qalatasaray" yayda Xorvatiya klubu ilə danışıqlara başlayacaq.

Dominik Livakoviç 2015-ci ildən "Dinamo"da çıxış edir. Xorvatiya millisinin üzvü cari mövsümdə paytaxt klubunun heyətində 39 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM