“Real”ın keçmiş ulduzunu transfer etmək istəyir - “Beşiktaş”

30 Mart 2023 15:20 Türkiyə 813
“Real”ın keçmiş ulduzunu transfer etmək istəyir - “Beşiktaş”

“Olimpiakos”un yarımmüdafiəçisi Xames Rodriges karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı ulduzun yayda “Beşiktaş”a transfer olunmaq ehtimalı var.

31 yaşlı oyunçunun Yunanıstan klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq. “Qara qartallar” mümkün transferlə bağlı futbolçu ilə əlaqə saxlayıb.

Xames cari mövsümdə “Olimpiakos”un heyətində 21 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ötən ilin yayında Yunanıstan təmsilçisinə keçib.

Yarımmüdafiəçi karyerası ərzində “Everton”, “Real”, “Bayern”, “Monako”, “Portu” kimi klublarda forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti