“Qarabağ”la oyunda topuğunu zədələdi, yığmadan kənarlaşdırıldı - “Qalatasaray”lı

29 Mart 2023 11:00 Türkiyə 565
“Qarabağ”la oyunda topuğunu zədələdi, yığmadan kənarlaşdırıldı - “Qalatasaray”lı

“Qalatasaray”ın futbolçusu Yusuf Demir “Qarabağ”la keçirilən xeyriyyə oyununda zədələndiyi üçün Avstriyanın U-21 yığmasından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi millinin təlim-məşq toplanışına çağırılsa da, “Qarabağ”la Bakıdakı görüşdə topuğundan xəsarət alması baş məşqçi Verner Qreqoritşin qərarını dəyişməsinə səbəb olub.

Oyunçu özü düşərgəyə qoşulmaq istədiyini bildirib. Lakin U-21-in baş məşqçisi zədənin daha da ağırlaşmaması üçün Demirin xidmətindən imtina edib.

“Qalatasaray”ın “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçının start heyətində meydana çıxan Yusuf Demir fasilədən sonra əvəzlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti