Mahirin klubu peşman edildi – "Qalatasaray"a görə

25 Mart 2023 01:00 Türkiyə 2 398
Mahirin klubu peşman edildi – "Qalatasaray"a görə

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" klubu böyük məbləğdə cərimə olunub.

Sportinfo.az xəbər verir ki, buna səbəb Super Liqanın 26-cı turunun "Qalatasaray"la oyununda baş verən hadisələrdir.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "ağ-yaşıllar"ı 612 min 500 TL məbləğində cərimələyib.

"Konyaspor" bu cəzaya etiraz edib. Super Liqa təmsilçisinin rəsmi saytından edilən açıqlamada bildirilib ki, qərardan Arbitraj Məhkəməsinə şikayət olunacaq.

"Konyaspor" "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edərək "sarı-qırmızılar"ın Super Liqada 14 oyunluq qələbə seriyasına son qoymuşdu. Mahir Emreli həmin görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti