Cengiz Ünder Ermənistanla matç haqda: "İşimizi görmək üçün buraya gəlmişik"

24 Mart 2023 21:40 Türkiyə 694
Cengiz Ünder Ermənistanla matç haqda: "İşimizi görmək üçün buraya gəlmişik"

Türkiyə milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Ermənistanın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, "ay-ulduzlular"ın futbolçusu Cengiz Ünder matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib. 25 yaşlı vinger iki ölkə arasında olan münasibətlər və stadiondakı atmosferin onları narahat etməyəcəyini deyib:

"Biz futbolçularıq. İşimizi görmək üçün buraya gəlmişik. Matçımızı oynayıb, ən yaxşı şəkildə ölkəmizə qayıtmaq istəyirik. Adətən milli komandaların oyunlarında stadion tam dolur. Belə olacağını bilirik. Özümüzü meydanda ən yaxşı şəkildə göstərəcəyik. Yalnız qələbə qazanmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM