“Cəsarətiniz varsa…“ - “Fənərbağça” ilə “Qalatasaray” arasında olay

23 Mart 2023 10:00 Türkiyə 218
“Cəsarətiniz varsa…“ - “Fənərbağça” ilə “Qalatasaray” arasında olay

“Fənərbağça”nın prezidenti Alo Koç “Qalatasaray”dakı həmkarı Dursun Özbeki növbəti dəfə debata çağırıb

Sportinfo.az xəbər verir ki,bununla bağlı klubun sosial şəbəkə hesabında paylaşım deyilib.

“Qalatasaray” İdman Klubunun rəhbəri cənab Dursun Özbekə eyni dəvəti üçüncü dəfə təkrarlayıram:

Cəsarətiniz varsa, bütün bu manipulyasiya və böhtanlarınızı danışmaq üçün sizi istədiyiniz yerdə vaxt itirmədən canlı yayıma dəvət edirəm.

Beləlilklə, özümüzü daha yaxşı ifadə edə bilərik”, - deyə A.Koçun adından qeyd olunub.

Dursun Özbek bu gün açıqlamalarında Türkiyə Hakimlər Komitəsinin sədri Lale Orta əleyhinə ittihamlar səsləndirib.

O, eyni zamanda Türkiyədə futbolun meydandan kənarda oynanıldığı barədə “Fənərbağça” tərəfindən səsləndirilən fikirlərə sərt reaksiya göstərib.//Oxu.az

Digər Xəbərlər
Xəbər Lenti