COP29

Ya aşağı liqa klublarından birinə keçəcək, ya da karyerasını bitirəcək

19 Mart 2023 18:20 Türkiyə 533
Ya aşağı liqa klublarından birinə keçəcək, ya da karyerasını bitirəcək

"Beşiktaş" "Everton"dan icarəyə götürdüyü Dele Alli ilə bağlı qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı vingeri birdəfəlik transfer etmək hüququndan istifadə etməyəcək.

"Qara qartallar" etimadı doğrultmayan ingiltərəli futbolçunu geri qaytaracaq.

"Everton" da oyunçunu komandada istəmir. İngiltərə mətbuatının yazdığına görə, Dele Allinin qarşısnda iki seçim var. İngiltərə millisinin sabiq üzvü ya aşağı liqa klublarından birinə keçəcək, ya da karyerasını bitirəcək.

"Beşiktaş" Dele Allini mövsümün əvvəlində icarəyə götürmüşdü. Ulduz futbolçu Türkiyə klubunun heyətində meydana çıxdığı 17 matçda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti