"Şalke"nin müdafiəçisi Türkiyə millisindən gələn təklifi qəbul etdi

14 Mart 2023 01:30 Türkiyə 406
"Şalke"nin müdafiəçisi Türkiyə millisindən gələn təklifi qəbul etdi

"Şalke"nin futbolçusu Mehmet Aydın Türkiyə millisində oynamağı seçib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Türkiyə yığmasının baş məşqçisi Stefan Kuntzla görüşdükdən sonra bu qərarı verib:

"Mənimlə əlaqə saxladılar və yaxşı perspektivlərdən danışdılar. Bu da qərar verməyimdə bunun rolu oldu".

"Şalke"nin yetirməsi olan Aydın 2021-ci ilin aprelində ilk dəfə Bundesliqada oynayıb və 19 matça çıxıb. O, Almaniya millisinin aşağı yaş qruplarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti