Aşağı liqa klubunun avtobusu aşdı: 14 futbolçu yaralandı, ikisinin vəziyyəti ağırdır - FOTOLAR

13 Mart 2023 15:20 Türkiyə 603
Aşağı liqa klubunun avtobusu aşdı: 14 futbolçu yaralandı, ikisinin vəziyyəti ağırdır - FOTOLAR

Türkiyənin III Liqa klubu “Kestelspor”un avtobusu qəzaya düşüb.

Sportinfo.az xəbər verir ki, hadisə Alanyada baş verib.

Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəqliyyat vasitəsi baryerə dəyərək aşıb.

Qəza nəticəsində 14 futbolçu xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün əməliyyat ediliblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti