Bu gün I Liqada 16-cı tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turnir cədvəlinin son sırasında yer alan «Şimal» Şamaxıda «Cəbrayıl»ı qəbul edəcək.
Çempionluq uğrunda mübarizə aparan «Səbail» ilə «Baku Sportinq» isə Bayılda üz-üzə gələcək.
“Şimal” – “Cəbrayıl”
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Rəşad Quliyev, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 15:00
“Səbail” – “Baku Sportinq”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman Aslanov, İslam Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Bayıl Arena”, 17:00

