"Qalatasaray" "Mançester Yunayted"dən kimi icarəyə götürəcək?

27 Sentyabr 2022 12:20 Türkiyə 718
"Qalatasaray" "Mançester Yunayted"dən kimi icarəyə götürəcək?

"Qalatasaray" qışda "Mançester Yunayted"in futbolçusu Viktor Lindelöfü icarəyə götürəcək.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Viktor Nelssonu "Sevilya"ya satacağı təqdirdə, Lindelöfü komandaya gətirəcək.

İsveç millisinin üzvü “Vasteras”, “Benfika”da oynadıqdan sonra 2017-ci ildə “Mançester Yunayted”ə keçib.

"Sevilya" isə Nelssonu hələ yayda heyətinə cəlb etmək istəyirdi. Lakin ispanlar Türkiyə klubunun istədiyi məbləği ödəmək istəməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM