“Üzr istəməyəcəyik! Nə etməliydik - İnsanların ağzını bağlamalı idik?"

31 İyul 2022 00:10 Türkiyə 569
“Üzr istəməyəcəyik! Nə etməliydik - İnsanların ağzını bağlamalı idik?"

"Fənərbaxça"nın prezidenti Ali Koç Çempionlar Liqası II təsnifat mərhələsinin "Dinamo" ilə (Kiyev) keçirilən matçında baş verənlərlə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbəri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi və Ukraynanın Türkiyədəki səfirini tənqid edib.

O, Ukraynadan üzr istəməyəcəklərini deyib:

"Ukraynadan üzr istəməyəcəyik. Xarici İşlər Nazirliyinin sözçüsü və Ukraynanın səfiri bizdən üzr istəməlidir.

"Fənərbaxça"nı təhqir edə bilməzsiniz. O şüarlar "Fənərbaxça"ya uyğun deyildi. Nə etməliydik? İnsanların ağzını bağlamalı idik?"

"Fənərbaxça" - "Dinamo" matçında (1:2) Kiyev təmsilçisi qələbə qolunu vurduqdan sonra "sarı-lacivərtlilər"in azarkeşləri "Vladimir Putin" şüarları səsləndirmişdi. Bu davranışa görə UEFA "Fənərbaxça"ya intizam işi açıb.

Digər Xəbərlər
Xəbər Lenti