Türkiyə klubu tanınmış futbolçu ilə danışqlara başladı

19 İyun 2022 00:20 Türkiyə 1 194
Türkiyə klubu tanınmış futbolçu ilə danışqlara başladı

"Benfika"nın yarımmüdafiəçisi Adel Taarabt komandadan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisi mərakeşli futbolçunun gedişinə mane olmayacaq.

Klub yarımmüdafiəçinin maaşının çox olmasına görə onunla yolları ayırmağa müsbət yanaşır.

Mərakeş millisinin üzvü onunla maraqlanan Super Liqa təmsilçisi "Adana Demirspor"la danışıqlar aparmağa başlayıb. Tərəflər arasında müzakirələr davam edir.

Adel 2009-cu ildən çağrıldığı Mərakeş millisində 16 oyunda 3 qol vurub.

33 yaşlı oyunçu 2015-ci ildən Portuqaliya klubunda çıxış edir. O, meydana çıxdığı 129 matçda 2 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!