Yoahim Löv tezliklə bu ölkənin millisini çalışdıracaq?

15 İyul 2025 01:40 Dünya futbolu 930
Yoahim Löv tezliklə bu ölkənin millisini çalışdıracaq?

Almaniya millisinin sabiq çalışdırıcısı Yoahim Löv yenidən fəaliyyətə başlaya bilər.

Sportinfo.az “Bild”ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis Özbəkistan Futbol Federasiyasından təklif alıb.

O, bu ölkənin millisini çalışdırmaq şansına sahibdir. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Löv sonuncu dəfə 2021-ci ildə baş məşqçi kimi işləyib. Alman məşqçi “Ştuttqart”, “Fənərbaxça”, “Karlsrue”, “Adanaspor”, “Austriya”(Vyana) və Almaniya millisində çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!