“Qalatasaray”dan növbəti transfer - Bu dəfə müdafiəçi

29 İyul 2021 10:20 Türkiyə 606
“Qalatasaray”dan növbəti transfer - Bu dəfə müdafiəçi

“Qalatasaray” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı Patrik van Anholtu heyətinə qatıb.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. İngiltərənin “Kristal Pelas” klubundan transfer olunmuş 30 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Van Anholt 2017-ci ildən “Kristal Pelas”da çıxış edirdi. O, əvvəllər “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də forma geyinib. 30 yaşlı futbolçu Niderland yığmasında 19 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti