"Qalatasaray"ın yeni prezidenti kim oldu? - FOTO

20 İyun 2021 00:00 Türkiyə 1 135
"Qalatasaray"ın yeni prezidenti kim oldu? - FOTO

"Qalatasaray"ın yeni prezidenti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.

Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.

O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.

Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

Digər Xəbərlər
Xəbər Lenti