Türkiyədə Superkubokun qalibi müəyyənləşdi - VİDEO

28 Yanvar 2021 00:00 Türkiyə 830
Türkiyədə Superkubokun qalibi müəyyənləşdi - VİDEO

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, həlledici oyun Atatürk Olimpiya Stadionunda keçirilib.

Super Liqanın son çempionu “Başakşəhər”lə ölkə kubokunun sahibi “Trabzonspor” Türkiyənin ən yaxşısını müəyyən etmək üçün üz-üzə gəlib. İstanbullular tarixində ilk dəfə bu həyəcanı yaşayıbsa, Qara dəniz təmsilçisi 12-ci Superkubok matçına çıxıb.

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Hesab 1:1 olarkən Aleksandru Yepuryanu 73-cü dəqiqədə qırmızı vərəqə aldığından, “Başakşəhər” qalan dəqiqələri azlıqda keçirib. Bundan yararlanan trabzonlular son dəqiqələrdə vurulan qol sayəsində minimal hesabla qalib gəlib.

Bununla “bordo-mavililər” 2010-cu ildən sonra ilk, ümumilikdə isə 9-cu dəfə Superkuboku muzeyinə aparmağı bacarıb. Baş məşqçi Abdullah Avcı isə ilk kubok sevincini yaşayıb.

“Başakşəhər” – “Trabzonspor” 1:2
Demma Ba, 58 (pen.) – Canini, 47, Ekuban, 86

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı