 
            "Turan Tovuz"un legioneri Siyanda Xulu Cənubi Afrika Respublikası millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində martın 24 və 28-də Liberiya ilə keçiriləcək oyunlar üçün CAR millisinə dəvət alıb.
Siyanda Xulu mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir. Təcrübəli futbolçu qərb bölgəsi təmsilçisinin heyətində 19 rəsmi matçda çıxış edib.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            