Abbasovun BAŞI DƏRDDƏ

9 Dekabr 2022 11:40 Turan 657
Abbasovun BAŞI DƏRDDƏ

Dekabr;n 9-da Gəncədə qərb derbisi baş tutacaq. Lakin bu dəfə Premyer Liqa yox, ölkə kuboku çərçivəsində.

Tovuz təmsilçisi ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq qarşılaşmaya ciddi itkilərlə çıxacaq.

Belə ki, zədə səbəbindən 3 legioner bu matçda iştirak edə bilməyəcək. Bunlar Xulu Siyanda, Henri Okebuqvu və Dao Ben Azizdir.

Hər üç əcnəbi zədəsini müalicə etdirir. Xeyli vaxtdır zədədən əziyyət çəkən Cavid Tağıyev də Gəncə şəhər stadionunda komandasına kömək edə bilməyəcək.

Bu azmış kimi, komandanın aparıcı futbolçularından olan Şəhriyar Əliyevlə Eltun Turabovun da mikrozədələri var. Hələ ki, yüngül məşqlərlə kifayətlənən Əliyevlə Turabovun oynayıb-oynamayacağına matç günü aydınlıq gələcək.

“Kəpəz” – “Turan Tovuz” dueli 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq