Ən çox medal qazanacaq ölkələrlə bağlı proqnoz

5 Fevral 2022 01:20 Tokio-2020 14 832
Ən çox medal qazanacaq ölkələrlə bağlı proqnoz

Pekin-2022 Qış Olimpiya Oyunlarında ən çox medal qazanacaq ölkələrlə bağlı proqnoz açıqlanıb.

Sportinfo.az xəbər verir ki, superkompüter yığmaların medal sıralamasını tərtib edib.

Proqnozlar Norveçin 1-ci olacağını göstərib. Skandinaviyalıların 44 medal alacağı gözlənilir – 21 qızıl, 13 gümüş, 10 bürünc.

Bu sıralamada Almaniya (11, 11, 8) ikinci, Rusiya (10, 12, 8) üçüncüdür. Hər iki yığmaya 30 medal “görünür”.

Avropa yığmalarını hərəyə 22 medal qazanacaq ABŞ (7, 7, 8) və Kanada (6, 6, 10) izləyir. “Top-10”da İsveçrə (6, 6, 9), Niderland (8, 10, 2), İsveç (7, 6, 6), Fransa (4, 7, 8) və Yaponiya (3, 7, 9) da yer alıb.

Pekinə 2 idmançı göndərən Azərbaycan yığması Qış Olimpiya Oyunlarında hər hansı uğura iddia etmir.

Xəbər Lenti