TOKİO-2020: İndoneziyalının Azərbaycan üçün yazdığı tarix...

27 İyul 2021 16:15 Paris-2024 1 197
TOKİO-2020: İndoneziyalının Azərbaycan üçün yazdığı tarix...

Olimpiya Oyunları tarixində ilk dəfə Azərbaycan badminton yarışlarında iştirak edib.

Ölkəmiz adına bu tarixi hadisəni indoneziyalı legionerimiz Edi Reski Dvicahyo reallaşdırıb.

L qrupunda yer alan milliləşdirilmiş badmintonçumuz bir qədər əvvəl yekunlaşan görüşdə Vyetnam təmsilçisi Tyen Min Nquyenlə qarşılaşıb. Təmsilçimiz görüşü 2:0 hesablı qələbə ilə başa vurub (21:14, 21:18).

Azərbaycan və Vyetnamla yanaşı L qrupunda Danimarka badmintoçusu da yer alıb. İlk görüşdə danimarkalı Anders Antonsen vyetnamlı rəqibinə qalib gəlib.

Sabah isə Azərbaycan və Danimarka təmsilçiləri qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti