"Sumqayıt"a get, futbolun "daş"ını birdəfəlik at!

16 Aprel 12:00 Sumqayıt 363
"Sumqayıt"a get, futbolun "daş"ını birdəfəlik at!

“Sumqayıt” 10-cu ildönümü ilə əlaqədar olaraq, “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk.

Sportinfo.az xəbər verir ki, klubun media xidməti bu dəfə karyerasını “Sumqayıt”da bitirmiş ölkəmizin bəzi aparıcı simaları barədə məlumat paylaşıb.

İlk olaraq, 2011/12 mövsümündə komandada çıxış etmiş, Azərbaycanın ən titullu futbolçularından biri olmuş Mahmud Qurbanov həmin mövsüm “Kəpəz”dən "gənclik şəhəri" təmsilçisinə keçmişdi.

O, klubun heyətində ümumilikdə 16 oyunda meydana çıxıb və 4 qol ötürməsi ilə yadda qalıb. Elə həmin mövsüm “Sumqayıt”da futbolçu karyerasını rəsmən bitirən və hazırda “Neftçi-2”nin baş məşqçisi olan Mahmud Qurbanov Premyer Liqa tarixinin də ən çox oyun keçirmiş futbolçudur (421 oyun).

2011/12 mövsümündə karyerasını məhz “Sumqayıt”da bitirmiş futbolçulardan biri də Aqil Məmmədovdur. Uzun illər Sumqayıt futboluna xidmət etmiş adıçəkilən şəxs klubun heyətində 3 oyunda meydana çıxıb. Həmin mövsüm karyerasını bitirdikdən sonra “Sumqayıt”da köməkçi məşqçi kimi çalışmış Məmmədov daha sonra baş məşqçi olub.

Həmin mövsüm karyerasını “Sumqayıt”da bitirmiş daha bir futbolçu Sahil Kərimovdur. Komandanın heyətində 4 oyun keçirmiş qapıçı hazırda “Qəbələ” Futbol Akademiyasında çalışır.

Bir maraqlı faktı da diqqətinizə çatdıraq ki, Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovun da futbolçu kimi son klubu məhz “Sumqayıt” olub. 2011/2012 mövsümündə oynayan məşqçi (Berhard Raabın köməkçisi) olan Kərimov klubun heyətində rəsmi olaraq oyuna çıxmayıb.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...