Zirvədən zirzəmiyə aparan yol

17 Mart 2023 20:40 Sumqayıt 1 128
Zirvədən zirzəmiyə aparan yol

2 oyun 10 qol. Və ya 10 ballıq şkala ilə İKİ!

Bu, "Sumqayıt"ın son iki turdakı cizgisini özündə əks etdirən tablodur.

Sumqayıt futbol şəhəridir. Amma adına layiq komandası heç də hər dövr olmayıb. Uzun illərdən sonra Ayxan Abbasovun böyük fədəkarlığı sayəsində böyüyən "Sumqayıt" görmüşdük. Artıq hər keçən gün avrokuboklara vəsiqə, finallarda iştirak yerli camaat üçün adiləşirdi.

Təcrübəli mütəxəssisin sayəsində. Yerli publika da sevinirdi ki, yaxın gələcəkdə daha əzəmətli komanda görəcəklər.

Yeni arena da bu gün-sabah istifadəyə veriləcək. Xəyallarda rəqiblər üçün oranı cəhənnəmə çevirmək vardı.

Ancaq olmadı! İmkan vermədilər!

Böyüməsinə yol açmaq əvəzinə, kiçilmək yolunu seçdilər.

İnkişaf xəttini qaranlıq tunelə çevirdilər. İşıqlı görünən gələcəyi zülmətə çevirdilər.

Hədəfi avrokuboklar olan, ölkə kubokunda titul üçün döyüşən komanda indi rəzil günə qalıb.

Gələn-gedənə məğlub olur. Bu tur "Qarabağ" idi, ötən tur da "Sabah". Bəs ondan əvvəl?

Guya udduqları oyunu necə udublar?

Ya rəqib azlıqda qalıb, ya da şansın hesabına.

Əbəs yerə Samir Abasov demirdi ki, bu komandanın yeri elə birinci liqadır.

"Sumqayıt" da yerinə doğru iri addımlarla irəliləyir.

XANOĞLAN İMANOV

Xəbər Lenti