Premyer Liqa klubu baş məşqçisinə 2 illik yeni müqavilə təklif etdi

18 Fevral 2021 09:40 Sumqayıt 1 056
Premyer Liqa klubu baş məşqçisinə 2 illik yeni müqavilə təklif etdi

«Sumqayıt» rəhbərliyi Ayxan Abbasovla işbirliyində maraqlıdır.

Sportinfo.az-ın məlumatınaa görə, «kimyaçılar» baş məşqçiyə yeni müqavilə təklif edib.

40 yaşlı çalışdırıcı razıılaşsa, anlaşma müddəti 2 il uzadılacaq. Abbasov burada üçüncü mövsümünü keçirir.

2018-ci ilin payızında Nazim Süleymanovu əvəzləyən gənc mütəxəssis bu müddətdə gözləntilərin üstünə çıxıb. «Sumqayıt» onun yönətimində 2 mühüm yeniliyə imza atııb.

Öncə tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanan komanda ötən yay da avrokuboklarda debüt edib. Elə indi də işlər qaydasındadır: «kimyaçılar» kubokda yarımfinala qalıb, Premyer Liqada isə medallar uğrunda mübarizə aparır.

Riad Rəfiyevin indidən əl-ayağa düşməsi təbiidir. İstədiyi yar idi, yetirib pərvərdigar! Ayxan Abbasovla yolları ayırıb, ondan yaxşısını gətirməyəcək ki…

Kimdir onunla çalışmağa razı olan? Kimi gətirsə, Abbasovdan yaxşı nəticə verə bilməyəcək, heç ona yaxın da düşməyəcək.

Amma Ayxan bəyi məmnun edəcək şərtlərin ortalığa gəlməsi bu dəfə çox önəmlidir. Rəfiyev keçən yay onu birtəhər dilə tutub, qalmasına nail olmuşdu.

O vəziyyətdə ki Abbasov getməyi lazım bilməmişdi, bəlkə də bir qeyrisi burada 1 dəqiqə artıq ayaq saxlamazdı. Çünki büdcə yenə azaldılmış, nəticədə əksər aparıcı futbolçular düşərgəni tərk etmişdi.

Belədə o, bütün məsuliyyəti öz üzərinə götürdü və yenidən komanda formalaşdırmalı oldu. Budur, indi Rəfiyev də bunun bəhrəsini görür.

Yaya doğru getdikcə, «Sumqayıt»ın prezidenti durumu bir də dəyərləndirməli olacaq. Ötən ilin noyabrında «Neftçi»yə, bu ilin yanvarında «Keşlə»yə getməyən mütəxəssisə növbəti təkliflərin olması gözləniləndir.

Digər Xəbərlər
Xəbər Lenti