"AFFA-nın gözlənilməz qərarına qarşı çıxdım, mənə dedi ki, artıq tullanma, sakit ol!"

9 Noyabr 2020 17:40 Sizdən Bizə 1 135
"AFFA-nın gözlənilməz qərarına qarşı çıxdım, mənə dedi ki, artıq tullanma, sakit ol!"

"İnter"in (hazırkı "Keşlə") sabiq prezidenti Georgi Nikolov Şuşanın erməni işğalından azad olunması ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, bolqarıstanlı funksioner bunu Azərbaycan xalqının, hakimiyyətinin sarsılmaz inam və iradəsinin qələbəsi adlandırıb.

"2009-cu ilin yaz gününü yaxşı xatırlayıram. Mənim "İnter"im Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ"la mövsümün ən vacib oyunlarından birini keçirirdi.

Etiraf edim ki, AFFA-nın həmin gözlənilməz qərarına uzun müddət qarşı çıxdım. Sonra yüksək vəzifəli dövlət məmuru olan dostum zəng vurub məsləhət verdi ki, artıq tullanma, sakit ol! Bildirdi ki, Quzanlıdakı qarşılaşma son dərəcə əhəmiyyətli dövlət tədbiridir. Burada idman ikinci dərəcəlidir.

Və oyun baş tutdu. Təmas xəttindən bir neçə kilometr məsafədə! Əslində idman nəticələrinin heç bir əhəmiyyəti yox idi. Çünki Azərbaycanın qələbələri 2009-cu ilin həmin günü tamamilə zərərsiz futbol hadisəsi ilə başladı.

Xalq, ölkə, hakimiyyət göstərdi ki, birmənalı olaraq işğal və haqsızlıqla heç vaxt barışmayacaq. Buna görə də dünən qədim paytaxt Şuşanın azad edilməsi sizin sarsılmaz inam və iradənizin qələbəsidir, mənim dostlarım.

Əminəm ki, tam qələbə qazananadək dayanmayacaqsınız!", - deyə Nikolov feysbuk səhifəsində yazıb.

Nikolov 2006 - 2015-ci illərdə "İnter" klubunun prezidenti olub. Onun dövründə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!