"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Şuşanın işğaldan azad olunması münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, bosniyalı 2017-ci ildə, Çempionlar Liqasının qrup mərhələsinin matçlarından birində çəkilmiş və montaj vasitəsilə arxa fonda Şuşa qalası təsvir olunan şəkili paylaşıb.
Hazırda "Konyaspor"un formasını geyinən kiper fotonun üzərində Azərbaycan bayrağını yerləşdirib.

