"Onlarla birlikdəyik, Allah ədalətli olanın və haqlının yanındadır"

6 Noyabr 2020 19:40 Sizdən Bizə 771
"Onlarla birlikdəyik, Allah ədalətli olanın və haqlının yanındadır"

"Sivasspor"un prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı funksioner bu barədə Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bildirib.

Otyakmaz Azərbaycanın Türkiyə ilə dost və qardaş ölkə olduğunu söyləyib: "Azərbaycanın mübarizəsində daim onlarla birlikdəyik. Allah ədalətli olanın və haqlının yanındadır. "Qarabağ"a da uğurlar arzulayıram".

Qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti