"Konyaspor" Türkiyə Super Liqasının VII turunun "Başakşehir"lə ev matçından əvvəl maraqlı addım atıb.
Sportinfo.az xəbər verir ki, komanda rəsmi tvitter hesabından oyunun start heyətini açıqlayarkən oktyabrın 30-da baş verən zəlzələ nəticəsində zərər çəkmiş İzmirlə yanaşı, Azərbaycana da dəstəyini nümayiş etdirib.
Qarşılaşmanın "11-liy"ində İzmirin bölgələrini qeyd edən Konya təmsilçisi hücumda isə Qarabağın adını yazıb. Görüş "Konyaspor"un 1:2 hesablı məğlubiyyəti ilə bitib.
M. Başakşehir karşılaşmasındaki 1⃣1⃣’imiz!
— İttifak Holding Konyaspor (@konyaspor) November 1, 2020
Sehic, Skubic, Adil, Abdülkerim, Guilherme, Jevtovic, Oğuz Kağan, Levan, Alper, Miya, Kravets#Yanındayızİzmir pic.twitter.com/KahVmWelQF

