500-dən çox türkiyəli həkim Azərbaycana gəlmək istəyir

31 Oktyabr 2020 02:38 Sizdən Bizə 679
500-dən çox türkiyəli həkim Azərbaycana gəlmək istəyir

Yüzlərlə türkiyəli həkim işğal altındakı Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda yaralanmış əsgərlərə kömək etmək üçün Azərbaycana gəlməyə hazırdır.

Sportinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türk Həkimləri Dərnəyi məlumat yayıb.

Bildirilib ki, artıq bununla bağlı 504 həkim Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna müraciət edib.

Qeyd olunub ki, həkimlərin məlumatlarının toplandığı anketlər Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti