“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. 30 il keçib.
Buna baxmayaraq ATƏT-in Minsk qrupu deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi.
Hər toplantıdaq oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanda prosesi dəyərləndirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə ötən baş tutan telefon danışından da bəhs edib:
“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problem həll edək, Siz Paşinyan, biz İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problem həll edək, həll edə bilmərik? Səmimi bir addım ataq.
Biz problem həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bu xəttlər aşılanda, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq.
Deyirlər ki, biz Suriyadan Azərbaycana güclər göndəririk. İndi 2000 nəfər civarında PKK-lılar Ermənistandan 600 dollar maaş alır. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur.
Cavab verdim ki, mən sizə xəbər verirəm. Bu PKK-lar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər dedim. Cənab Putinin bunlara üz verəcəyini inanmıram. Lakin bunu Paşinyana mütləıq dmeəlidir. Əks halda lazımi tədbirlər görüləcək”.

