”Qalatasaray”ın məşhur hücumçusu Azərbaycana dəstək mesajı göndərdi

26 Oktyabr 2020 18:34 Sizdən Bizə 631
”Qalatasaray”ın məşhur hücumçusu Azərbaycana dəstək mesajı göndərdi

İşğal edilmiş torpaqların azad olunması üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana dəstək tədbirləri keçirilir.

Bu dəfə Düzcə Hava İdman Klubunun üzvləri səmada Azərbaycan bayrağı dalğalandıraraq dəstək nümayiş etdiriblər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub üzvlərinin həftəsonu keçirilən yarışları Azərbaycana həsr olunub.

Pilotlar Azərbaycan bayrağını dalğalandırıblar. Pilot Avnİ Uzun deyib ki, bu dəfəki tədbir digərlərindən fərqlənir.

Belə ki, Azərbaycana dəstək olduqlarını ifadə etmək üçün Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da dalğalandırmaq qərarına gəliblər: “Bununla Azərbaycandakı qardaşlarımıza dəstək olmağımızı çatdırmaq istəyirik. Bütün qəlbimizlə onlara dua edirik”.

Klubun rəhbəri Beçhan Esen isə deyib ki, idman klubu olaraq Azərbaycanın yanındadırlar. Türkiyənin milli futbol komandasının, həmçinin “Qalatasaray”ın keçmiş hücumçusu Ümid Karan da Azərbaycana dəstək mesajı göndərib. 44 yaşlı idmançı bildirib ki, Türkiyə bir dağ kimi Azərbaycanın arxasındadır.

Digər Xəbərlər
Xəbər Lenti