Bakının dadı damağında qalıb: "Dubaya oxşayır"

24 Oktyabr 2020 10:38 Sizdən Bizə 1 231
Bakının dadı damağında qalıb: "Dubaya oxşayır"

"Bakı gözəl şəhərdir və günü-gündən çiçəklənir".

Sportinfo.az xəbər verir ki, bu sözlər vaxtilə ölkəmtzdə legioner həyatı yaşamış David Petrjkeviçə məxsusdur.

2012/2013 mövsümündə "Simurq"da çıxış edən polşalı həmin il Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib. O, 2013/2014 və 2015/2017 mövsümlərində "Qəbələ"nin formasını geyinib.

Polyak kiper Bakıdakı həyat tərzindən danışıb və burada yaşayarkən hər şeyin ürəyincə olduğunu vurğulayıb:

"Şəhər Dubaya oxşayır. Azərbaycan paytaxtının inkişafının ən yaxşı sübutu "Formula 1" ilə imzalanmış uzunmüddətli müqavilədir. Bir çox ölkə bunu yalnız xəyal edə bilər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!