"Qəbələ" haqda dediyi kəlmələr hər kəsi TƏƏSİRLƏNDİRƏCƏK

23 Oktyabr 2020 15:18 Sizdən Bizə 909
"Qəbələ" haqda dediyi kəlmələr hər kəsi TƏƏSİRLƏNDİRƏCƏK

"Azərbaycanda keçirdiyim 5 ilin həyatımda xüsusi yeri var. Ora nikbin insanların yaşadığı gözəl ölkədir".

Sportinfo.az xəbər verir ki, bunu "Simurq" və "Qəbələ"nin sabiq legioneri David Petrjkeviç "1liga.org" saytına açıqlamasında Azərbaycandakı karyerası barədə danışarkən deyib.

Hazırda Polşanın I liqa təmsilçisi "Sandetsya"da çıxış edən 32 yaşlı qapıçı "Qəbələ"nin heyətində 2 dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynadığını xatırladıb.

Təcrübəli qolkiper ingiltərəli mütəxəssis Toni Adamsla tanışlığından da söz açıb: "Qrupa düşmək üçün "Lill", "Maribor" və "Panatinaikos" kimi komandaları məğlub etdik. Bu klubda zəngin futbol təcrübəsi olan insanlarla tanış oldum.

Məsələn, Toni Adamsdan futbol haqqında çox şey öyrəndim. Həmin vaxt idman direktoru idi. Daha sonra klub prezidentinin müşaviri təyin olundu. Hər kəslə ünsiyyət qurmağa çalışan mehriban və gülərüz qonaq idi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!