“Əgər Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz”

22 Oktyabr 2020 08:00 Sizdən Bizə 397
“Əgər Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz”

Əgər Bakı istəyərsə, Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və hərbi dəstək verəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay “CNN Türk” telekanalına müsahibəsində bildirib.

“Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk gündən açıq şəkildə bəyan etdi. Azərbaycanla Türkiyə arasında hərbi sazişlər var, hərbi əməkdaşlıq haqqında sazişlər var.

Əgər Ermənistan tərəfindən hadisələrin gözlənilməyən inkişafı baş verərsə və belə bir dəvət gələrsə, Türkiyə tərəddüd etməz, Prezidentimiz heç tərəddüd etməz”, - Oktay deyib.

Bununla yanaşı, o qeyd edib ki, hazırda belə müraciətlər daxil olmayıb. Oktay həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.

Onun sözlərinə görə, Minsk qrupu məsələni həll olunmamış saxlamağa çalışır və Ermənistanı həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir.

Digər Xəbərlər
Xəbər Lenti