"Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızı çox yaxşı başa vurmalıyıq"

22 Oktyabr 2020 10:24 Sizdən Bizə 486
"Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızı çox yaxşı başa vurmalıyıq"

"Vilyarreal" güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının I qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis səfərdən xal və ya xallarla qayıdacaqlarına ümid etdiyini bildirib: "Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq.

Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".

Oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həmi gün eyni saatda "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" ilə görüşü start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"