"Gücümüz "Qarabağ" və "Makkabi" ilə eynidir" - "Sivasspor"un prezidenti

21 Oktyabr 2020 18:20 Sizdən Bizə 493
"Gücümüz "Qarabağ" və "Makkabi" ilə eynidir" - "Sivasspor"un prezidenti

"Bu gün İspaniyaya gedirik. Ölkəmizi avrokubokda təmsil etdiyimiz üçün həyəcanlıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sivasspor"un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının I qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən deyib.

55 yaşlı funksioner bildirib ki, qrup mərhələsində əldə etdikləri hər xal çox önəmli olacaq: "Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq.

Komandada bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik.

"Vilyarreal" birinci səbətdə olduğu üçün favoritdir. Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik".

Oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həmin gün eyni saatda "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" ilə görüşü start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!