Makedoniyalıdan Azərbaycan şəhidləri ilə bağlı paylaşım - FOTO

21 Oktyabr 2020 17:52 Sizdən Bizə 766
Makedoniyalıdan Azərbaycan şəhidləri ilə bağlı paylaşım - FOTO

Makedoniyalı yarımmüdafiəçi Muarem Muarem Azərbaycana dəstək olub.

Sportinfo.az xəbər verir ki, vaxtilə ölkəmizdə çıxış etmiş futbolçu baş verən hadisələrə biganə qalmayıb.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem sosial şəbəkə vasitəsilə dəstək paylaşımı edib. O, "Başın sağ olsun, Azərbaycan" həştəqi ilə "Qarabağ Azərbaycandır" yazılan Azərbaycan xəritəsini paylaşıb.

Türk əsilli Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi 2018-ci ildən klubsuzdur.

Makedoniyalı futbolçudan Azərbaycan şəhidləri ilə bağlı paylaşım - FOTO

Digər Xəbərlər
Xəbər Lenti