Braziliyalı kağıza Azərbaycan haqda bu sözləri yazdı - FOTO

21 Oktyabr 2020 16:42 Sizdən Bizə 733
Braziliyalı kağıza Azərbaycan haqda bu sözləri yazdı - FOTO

Denis Silva Kruz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi bu barədə şəxsi "facebook" hesabında paylaşım edib.

Brazilyalı futbolçu üzərində Qarabağın Azərbaycana məxsus olduğu yazılan vərəq tutub.

Kağızda yazılıb: "Mənim adım Denisdir. Mən Brazilyadanam. Qarabağ Azərbaycandır! Niyə dünya hələ də susur?"

O, həmçinin "Qarabağ Azərbaycandır", "Erməni təcavüzünə son", "Erməni terroruna son" həştəqlərini də şəkilin üzərində qeyd edib.

"Sambaçı" profil şəkilini də #KarabaghisAzerbaijan həştəqi ilə bəzəyib.

Denis Silva “Xəzər Lənkəran”, “Neftçi” və son olaraq, "Keşlə"nin formasını geyinib. O, 4 dəfə Azərbaycan Kubokunu qazanıb. O, "Keşlə" ilə ötən ilin mayında vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti