“Qarabağ"ı Sivasda udsaq, növbəti mərhələ şansımız artar”

21 Oktyabr 2020 14:22 Sizdən Bizə 477
“Qarabağ"ı Sivasda udsaq, növbəti mərhələ şansımız artar”

“Baş məşqçilik karyeramda avrokuboklarda mübarizəm həmişə yaxşı keçib. Həm ölkəmiz, həm də “Sivasspor” üçün yarışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu "Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasındakı çıxışları barədə danışarkən deyib.

“Fotomaç” qəzetinə müsahibə verən 57 yaşlı mütəxəssis komandasının Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Çalışdırıcı yer aldıqları İ qrupunda işlərinin çətin olacağını söyləyib:

“Hamı qrupumuzun asan olduğunu düşünür. “Vilyarreal” İspaniyanın önəmli klublarındandır. “Makkabi” illərdir avrokuboklarda çıxış edən kollektivdir.

“Qarabağ” isə Azərbaycanın ən yaxşı komandalarından biridir. Onlarla oyunların heç biri asan keçməyəcək. Futbolçularımın bu marafondan üzüağ çıxacağını düşünürəm.

İlk matçımız səfərdə “Vilyarreal”a qarşı olacaq. Onun ardından “Makkabi” və “Qarabağ”ı Sivasda qəbul edəcəyik. Həmin iki görüşdə qələbə qazansaq, növbəti mərhələ şansımız artar”.

“Sivasspor”la “Qarabağ” arasında oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı