Ərdoğandan Qarabağ açıqlaması: "Kabus yaşadacağıq!"

20 Oktyabr 2020 21:40 Sizdən Bizə 1 307
Ərdoğandan Qarabağ açıqlaması: "Kabus yaşadacağıq!"

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi mübarizəsinə bütün qəlbimizlə dəstək veririk və verəcəyik.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə böyüdükcə və gücləndikcə daxil olduğu proseslər də təbii olaraq genişlənməkdədir. Liviyada bir qiyamçının ölkəni parçalamasına imkan yaratmadıq və yaratmarıq.

Canımız bahasına sahib çıxdığımız bu regiondan bizi çıxartmaq xəyallarından imtina etməyənlərə kabus yaşadacağıq. Vətənimizə uzadılan hər əli qıracağıq, daim yeni cəbhələri açılan mübarizəmizin mesajlarını çatdıracağıq”, - deyə dövlət başçısı bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!