Ərdoğan sözünü açıq dedi: “30 il oturdular, danışdılar, dağılışdılar...”

15 Oktyabr 2020 02:10 Sizdən Bizə 2 677
Ərdoğan sözünü açıq dedi: “30 il oturdular, danışdılar, dağılışdılar...”

“Vətənini xilas etməyə çalışan Azərbaycanı hədəf almaq peşəkar bir təşkilatın vəzifəsi ola bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində bugünki çıxışında deyib.

“Azərbaycanlı qardaşlarımın torpaqlarını işğal edərək dağıtdılar. İnsanlar torpaqlarını tərk etməli oldular. Mübarizə nədən ibarətdir? “Biz işğal olunmuş torpaqlarımızı istəyirik”, istənilən budur.

ABŞ, Rusiya və Fransa hələ də baş qatmaq taktikası ilə bu işi gecikdirir. Qaytarın işğal olunmuş əraziləri! Öz torpaqlarında nə edirlərsə, etsinlər. Sadəcə, danışıqları bitirmək və torpaqları sahibinə vermək lazımdır.

30 il müzakirə olar? Oturdular, danışdılar, dağılışdılar... Bunu 30 ildir edirlər. Bu qədər uzun çəkəcək bir iş deyil. Etmədilər! İş indi haralara gəldi çıxdı?!

İndi azərbaycanlı qardaşlarımız ermənilərlə mübarizəni davam etdirirlər. Bizə isə “Suriyadan mücahidləri apardın” deyirlər. Bizim belə bir problemimiz yoxdur. Azəri qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq və edəcəyik. Niyə Fransadan və Rusiyadan gələn silahlardan danışmırsınız?”,-deyə Türkiyə Prezidenti qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti