"Bunu özümüzə borc bilirik"

13 Oktyabr 2020 11:48 Sizdən Bizə 695
"Bunu özümüzə borc bilirik"

"Eskişehirspor" AFFA-ya məktub ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, bunda məqsəd tarixi günlərini yaşayan Azərbaycan dövlətinə dəstəyini ifadə etməkdir.

Məktubda deyilir: "Bir millət, iki dövlət olan bizlər, qədimdən günümüzə gəlib, həmişəlik davam edəcək qardaşlığımızın zəruri şərti kimi, haqlı olduğunuz yolda klubumuzun yanınızda olduğumuzu səmimi və ürəkdən vurğulamaq istəyirik.

Evinizin evimiz, sevincimizin, kədərimizin eyni olduğunu bilənlər olaraq, bu gün eynisinin sizlər üçün də keçərli olduğunu ifadə etməyi borc bilirik. Klubumuz hər hansı bir ehtiyacınızda hər zaman yanınızdadır".

Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın gənclər qanadının rəhbəri Cavid Əmirovla birlikdə klub rəhbərliyini ziyarət edərək, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq qədim və əzəli Qarabağ torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan dövlətinin yanında olduqlarını bildirib və "Eskişehirspor"a minnətdarlıqlarını dilə gətirib.

Görüş zamanı Ermənistanın işğalçılıq hərəkətlərinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə Azərbaycan silahlı qüvvələrinin qəhrəmanlıqla vuruşduğu, xalqımıza xoş anlar yaşatdığı nəzərə çatdırılıb.

Görüş klubun idarə heyətinin üzvləri və futbolçularla birlikdə xatirə şəkli çəkdirilməsilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"