Akar Şoyquya zəng etdi - “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır”

13 Oktyabr 2020 02:25 Sizdən Bizə 884
Akar Şoyquya zəng etdi - “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında məlumat verilib.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Hulusi Akar Ermənistanın hücumlarına son qoymağının və işğal etdikləri torpaqlardan çıxmağının vacibliyini vurğulayıb.

“Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır”,- deyə Akar danışıq zamanı qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!