Ordumuza dəstək üçün nişan üzüyünü hədiyyə etdi - VİDEO

13 Oktyabr 2020 01:10 Sizdən Bizə 982
Ordumuza dəstək üçün nişan üzüyünü hədiyyə etdi - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinə yardım etməyə çalışanlar arasında qardaş Türkiyənin sadə vətəndaşları da var.

Belə şəxslərdən biri haqqında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ankarada Quru Qoşunları Ali Hərbi Məktəbinin yeni dərs ilinin açılışındakı çıxışı zamanı danışıb.

Səfir bildirib ki, Maraşdan olan bir şəxs ona məktub göndərərək dəstək və yardımını ifadə edib. Məktubla bərabər həmin şəxs Türkiyə bayrağı və nişan üzüyünü göndərib.

Bu əhvalatdan olduqca təsirləndiyini deyən səfir üzüyü geri qaytarmaq istəsə də, Türkiyə vətəndaşı hədiyyəsini geri almayacağını, bu qərarı ailəlikcə verdiklərini deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!