“Məhv” etməyi xoşlayıram“ - Azərbaycandan Ukraynaya dönən

16 Avqust 09:20 Sizdən Bizə 819
“Məhv” etməyi xoşlayıram“ - Azərbaycandan Ukraynaya dönən

"Səbail"dən ayrılaraq "Şaxtyor"a qayıdan, bir neçə gün əvvəl isə “Karpatı”ya keçən Maksim Çex klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ukraynalı Azərbaycandakı karyerasını da xatırlayıb:

"Ukraynanın gənclərdən ibarət yığmalarında Timofiy Suxar və Andrey Kojuxarla, "Mariopol"da Pavel Poloqenko ilə birlikdə oynamışıq.

Əminəm ki, komandada uyğunlaşma ilə bağlı problem olmayacaq. Azərbaycanda, "Səbail"də oynamaq yaxşı təcrübə idi.

Ancaq evə qayıtdığım üçün şadam. "Karpatı"nın hazırda birinci liqada çıxış etməsinin fərqi yoxdur. Önəmli olan odur ki, komandanın qarşısında konkret vəzifə var.

Maraqlı olacaq. Rəqibin hücumlarını “məhv” etməyi xoşlayıram. Mənim vəzifəm rəqibin cərimə meydançamıza yaxınlaşmasına imkan verməməkdir.

Bununla belə, ümumiyyətlə, hücum futbolunu xoşlayıram".

Çexin "Səbail"də qalacağı gözlənilsə də, maliyyə məsələsinə görə futbolçu geri qayıtmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."